Xüsusi hissə
Maddə 224. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün xüsusi tələblər
224.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
224.2. Televiziya və radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış…