Xüsusi hissə
Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri
199.1. Prezident seçkiləri zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
199.2. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət…