Xüsusi hissə
Maddə 188. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi
188.1. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.
188.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi…