Ümumi hissə
Maddə 18. Seçki (referendum) komissiyaları sistemi
18.1. Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:
18.1.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası);
18.1.2. dairə seçki (referendum) komissiyaları (bundan sonra – dairə seçki komissiyaları);