Xüsusi hissə
Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri
166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət…