Xüsusi hissə
Maddə 150. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi
150.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq…