Xüsusi hissə
Maddə 134. Referendum üzrə səsvermə bülleteni
134.1. Referendum üzrə səsvermə bülleteni bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
134.2. Səsvermə bülletenində referenduma çıxarılan hər məsələnin ifadəsi və səsverənin cavabının variantları – “lehinə” və “əleyhinə” (“hə” və “yox” “razıyam” və “razı deyiləm” sözləri də ola bilər) sözləri yazılır.