Ümumi hissə
Maddə 1. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
1.1. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. referendum – Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi;
1.1.2. seçkilər – Azərbaycan Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan…