12-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 83. Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin verilməsi
83.1. Maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna…