12-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 80. Maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi
80.1. Rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində başqa müddət nəzərdə tutulmadıqda, göstərişin təqdim edilməsindən sonrakı 30 (otuz) gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödənilir.