12-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 76. Rəqabət qanunvericiliyinin pozulması
76.1. Bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri, habelə rəqabət orqanının vəzifəli şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
76.2. Rəqabət orqanı və onun vəzifəli şəxsləri bu Məcəlləyə uyğun olaraq əldə etdikləri məxfi və konfidensial…