11-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
Maddə 67. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının təxirə salınması, iş üzrə icraatın birləşdirilməsi və ayrılması
67.1. Rəqabət komissiyası müddəti və səbəbləri göstərməklə, aşağıdakı hallarda rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının təxirə salınması barədə qərar qəbul edir:
67.1.1. tərəflərdən (onların nümayəndələrindən) üzrlü səbəbdən iclasa gəlmək imkanının olmadığı barədə əsaslandırılmış vəsatət daxil…