11-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
Maddə 65. Rəqabət qanunvericiliyinin pozulmasının sübutları
65.1. Rəqabət qanunvericiliyinin pozulmasını, buna görə məsuliyyətə cəlb edilən bazar subyektinin (onun vəzifəli (məsul) şəxsinin) təqsirini və işin mahiyyəti üzrə əhəmiyyət kəsb edən digər halları müəyyən etmək məqsədilə rəqabət orqanının vəzifəli şəxsinin bu Məcəllə və Azərbaycan Respublikasının digər normativ…