11-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
Maddə 63. İş üzrə dinləmələr
63.1. Rəqabət komissiyası işin mahiyyəti ilə əlaqəli bazar subyektlərindən, onların işçilərindən, habelə işdə iştirak edən digər şəxslərdən izahat ala bilər.
63.2. Rəqabət qanunvericiliyinin pozulması haqqında iş üzrə izahat verməli şəxslər məktubla, teleqramla və ya elektron rabitə vasitələrindən istifadə edilməklə…