10-cu fəsil. Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
Maddə 56. Sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi
56.1. Rəqabət orqanı rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək, habelə bu Məcəlləyə əsasən öz vəzifələrini yerinə yetirmək üçün bazar subyektlərindən araşdırma ilə bağlı bütün zəruri məlumatların 10 (on) iş günü müddətində təqdim edilməsini tələb edə bilər. Bu müddət bazar…