10-cu fəsil. Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
Maddə 51. Ekspertin dəvət edilməsi
51.1. Dövlət nəzarəti tədbirinin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda maraqlı şəxslərin (müraciət edən və ya barəsində araşdırma aparılan şəxslərin) vəsatəti və ya rəqabət orqanının qərarı ilə ekspertiza təyin edilir.