10-cu fəsil. Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
Maddə 48. Yoxlamaların aparılması
48.1. Rəqabət orqanı aşağıdakı hallarda bazar subyektlərində yoxlama aparır:
48.1.1. rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdə;
48.1.2. rəqabət qanunvericiliyinin pozulması barədə mənbəyi bəlli məlumat (bu Məcəllənin 43.1-ci maddəsində qeyd edilən sənədlər, məlumatlar və müraciətlər) əldə etdikdə;