10-cu fəsil. Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
Maddə 44. Bazarın monitorinqi
44.1. Bazarın monitorinqi rəqabət orqanı tərəfindən aşağıdakı məqsədlərlə həyata keçirilir:
44.1.1. bazarda rəqabət qanunvericiliyinin tələblərinə əməl edilməsinin müəyyənləşdirilməsi;
44.1.2. qiymətlərin qərarlaşmış səviyyəsinin müəyyənləşdirilməsi;
44.1.3. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsullar…