9-cu fəsil. Təbii inhisar sahəsində dövlət tənzimlənməsi
Maddə 39. Təbii inhisar subyektlərinin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti
39.1. Rəqabət orqanı təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini bu Məcəlləyə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirir. Rəqabət orqanı müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə…