8-ci fəsil. Dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi
Maddə 33. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri (hərəkətsizliyi)
33.1. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya…