7-ci fəsil. İqtisadi təmərküzləşmələr
Maddə 30. Təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi
30.1. Bu Məcəllənin 27-ci maddəsində qeyd olunan hallardan azı biri olduqda, təmərküzləşmə həyata keçirilməzdən əvvəl, lakin hansının daha əvvəl baş verməsindən asılı olaraq, təmərküzləşmə barədə müqavilə bağlanıldıqdan, qərar qəbul edildikdən, təklif elan edildikdən, səhmlərin (payların) alınması üçün təklif vermək…