6-cı fəsil. Haqsız rəqabət
Maddə 24. Kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması
Azərbaycan Respublikasının normativ hüquqi aktları və ya rəqiblə bağlanılan kommersiya sirrinə dair münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla, şəxsi maraq və ya üçüncü tərəflərin marağı üçün rəqibin maraqlarına ziyan vura və ya onun bazardakı rəqabət vəziyyətinə xələl…