5-ci fəsil. Bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü
Maddə 15. Bazarda hökmran mövqe
15.1. Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.
15.2. Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas…