3-cü fəsil. Rəqabət orqanı
Maddə 10. Maraqlar toqquşması
10.1. Rəqabət orqanının vəzifəli şəxsi bu Məcəllənin tələbləri nəzərə alınmaqla vəzifələrini həyata keçirərkən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun maraqların toqquşması ilə bağlı müddəalarına riayət etməlidir.