1-ci fəsil. Ümumi müddəalar
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. ailə üzvləri – ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürmüş şəxslər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaş övladları və nəvələri, valideynlərin bacıları…