Maddə 65. Tərcüməçi
65.1. Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə…