Maddə 489. Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəməyə müraciət edilməsi
489.1. Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.
489.2. Təminatın təqdim edilməsi məsələsi üzrə arbitraj məhkəməsi tərəfindən qərar çıxarılmamışdırsa və ya belə qərarın çıxarılması üçüncü şəxslərin…