Maddə 486. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilməsi
486.1. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.
486.2. Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 (üç) ay ərzində…