Maddə 484. Ərizəyə baxılma qaydası və nəticələri
484.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsil ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.
484.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə…