Maddə 329. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri
329.1. Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə ödəniş edilməsini və ya vəsait verilməsini emitentə qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini emitentə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və mərkəzi…