Maddə 22. Edilmiş etirazın həll edilmə qaydası
22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.
22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir.
22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə…