Maddə 194. İfadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək
194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam…