Maddə 183. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması
Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada…