Maddə 176. Məhkəmə iclasında qayda
176.1. Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi “məhkəmə gəlir” elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər.