Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması
159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır.
159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır.