Maddə 108. Dövlət rüsumu
108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:
108.1.1. iddia ərizəsi verildikdə;
108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;
108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;