Maddə 10. Məhkəmə baxışının aşkarlığı
10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.
10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər…