VI bölmə · Yekun müddəalar
Maddə 88-5. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yemək və maddi-məişət təminatı
88-5.1. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan…