VI bölmə · Yekun müddəalar
Maddə 83. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə yerləşdirilməsi proseduru
83.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə könüllü yerləşdirilmələri üçün ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edirlər. Ərizəyə şəxsiyyəti təsdiq edən sənəd (mövcud olduqda) əlavə olunur. Həmin sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan)…