III bölmə
Maddə 36. Viza verilməsi üçün tələb olunan sənədlər
36.1. Viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi…