III bölmə
Maddə 27. Elm və ya təhsil məqsədi ilə verilən giriş vizası
27.1. Elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil…