II bölmə · Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə
Maddə 22. Qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
22.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və…