II bölmə · Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə
Maddə 19. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi
19.1. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur.