VI fəsil. Meşələrin bərpası və meşəsalma
Maddə 57. Meşələrin məhsuldarlığının artırılması
Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir:
meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin…