VIII fəsil. Birinci instansiya məhkəməsində icraat
Maddə 56. Müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması
56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.
56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı…