IV fəsil. Məhkəmə aktlarını və digər məhkəmə sənədlərini təqdimetmə
Maddə 21. Mediada dərc olunma yolu ilə elan etmə
21.1. Məhkəmə aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu hallarda, məhkəmə həmin aktın mediada dərc olunma yolu ilə elan edilməsi haqqında qərardad qəbul edə bilər.
21.2. Qərardadda məhkəmə aktının dərc olunacağı media (gündəlik qəzet) göstərilməlidir. Bu zaman həmin aktın qüvvəsinin şamil olunacağı…