II fəsil. İnzibati məhkəmə icraatının prinsipləri
Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi
17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır.
17.2. Proses iştirakçıları və iclas zalında olan digər şəxslər…