XIX fəsil. Azərbaycan Respublikasının mərkəzi bankına qarşı müvafiq iddialar və Azərbaycan Respublikasının mərkəzi bankının müvafiq ərizələri üzrə icraat
Maddə 131. Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı müvafiq iddialar üzrə icraatKMQ1
131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi…