XVI fəsil. Siyasi partiyalarla bağlı mübahisələrə dair işlər üzrə icraat
Maddə 125. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı işlər üzrə icraat
125.1. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
125.2. İddia ərizəsi siyasi partiyanın, siyasi partiyanın nizamnaməsinə, proqramına və ya adına edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi partiya…