Xüsusi hissə · VI bölmə · Gömrük nəzarəti
Maddə 98-6. Səyyar gömrük auditinin nəticələrinin rəsmiləşdirilməsi
98-6.1. Səyyar gömrük auditinin nəticələrinə dair 2 (iki) nüsxədə akt tərtib edilir. Həmin akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs…